TuranBank 2025-ci ilin I rübünün nəticələrini elan edib | Banco.az

TuranBank 2025-ci ilin I rübünün nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin I rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

2025-ci ilin I rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 876 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 15.1 mln. manat artaraq 667 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 366 mln. manat təşkil edib. Bankın depozit portfeli 438 mln. manat, fiziki şəxslərin depozitləri isə 1.7 mln. manat artaraq 369 mln. manat olub ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.

O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 3.3 mln. manat artaraq 7 mln. manata, faiz gəlirləri 1.7 mln. manat artaraq 23 mln. manata, qeyri-faiz gəlirləri isə 1.5 mln. artaraq 5 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin I rübünü 1,2 mln manat xalis mənfəətlə başa vurub.

2025-ci il I rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan manatında kredit ayırıb.

Bununla yanaşı hesabat dövründə Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən Bank ənənəyə sadiq qalaraq hesabat dövründə növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədilə hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...