“Turan Bank”ın mənfəəti 4 dəfədən çox artıb | Banco.az

“Turan Bank”ın mənfəəti 4 dəfədən çox artıb

“Turan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,414 milyon manat mənfəətlə başa vurub.

Bu ötən ilin eyni dövrünə nisbətən 4,3 dəfə çoxdur.

9 ay ərzində “Turan Bank”ın gəlirləri 30,111 milyon manat (illik müqayisədə 6,8% çox), xərcləri 28,419 milyon manat (3,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 278 min manat (16,3% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Turan Bank”ın aktivləri 551,526 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,5% çoxdur. Bunun 342,811 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,2% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 7,2% artaraq 475,34 milyon manata, o cümlədən depozit portfeli 11,6% artaraq 286,27 milyon manata, balans kapitalı isə 2,1% artaraq 76,186 milyon manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 70 milyon manatdır. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et