Trumpsız Twitter öz dəyərini 2 mlrd itirəcək | Banco.az

Trumpsız Twitter öz dəyərini 2 mlrd itirəcək

Bahalı Trump: Twitter bazar dəyərini ABŞ prezidenti olmazsa 2 milyard itirəcək

Izləyicilərinin sayına görə Donald Trump Barak Obamadan Twitterdə üç dəfə daha az populyardır. Amma əgər o, Twitterdən istifadə etməyi dayandırsa, sosial şəbəkənin bazar kapitalizasiyası 2 milyard dollar azalacaq. Bu haqda Monness Crespi Hardt & Co kompaniyasının analitiki Ceyms Kakmaka istinad edən Bloomberg agentiyi yazır.

Twitter sosial şəbəkəsi gündəlik ziyarətçilərin sayını açıqlmasa belə. Kakmak güman edir ki, onların sayı 125 mln nəfərdir, bu isə Snap Inc sosial şəbəkəsinin isifadəçilərinin sayından 30% daha azdır. Onun sözlərinə əsasən, Trump öz mikro bloqundna olan yazıları tvit etməkdən imtina edərsə, əllbəttə bu Twitter istifadəçilərinin sayında azaltma və ya şəbəkədən çıxış yaratmayacaq. Lakin şirkətin qeyri maddi aktivlərinin dəyərində kəskin eniş müşahidə olunacaq. Analitikin fikrincə şəbəkənin səhmlərinin qiyməti hətta o biri göstəriclər yaxşı olsa belə düşəcək. “Dünyada Amerika Birləşmiş Ştatlarının prezidentindən daha yaxşı pulsuz reklam yoxdur” – deyə analitik Kakmak vurğulayıb.

Twitter Inc şirkətinin bazar dəyəri hazırda $11,7 milyard dollar təşkil edir. 2016-ci ilin noyabrın 8-də Trumpın prezident seçilməsindən sonra, şirkətin dəyəri 14% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Prezident Trup şəbəkədə 2009-cu ildə qeydiyyatdan keçib və o vaxtdan bəri 35 575-dən artıq tvit paylaşıb, hazırda orta hesabla gündəlik 8 tvit paylaşır.

Mütəxəssislər ona daxili siyası məsələlər haqqında paylaşmalar etməyi tövsiyə etməsə də, məsələn FTB-nin keçmiş rəhbəri Ceyms Kominin etirafı, prezident bu məsləhətlərə qulaq asmaqdan imtina edir” Bu mənim səsimdir, onlar məni susdura bilməz” deyə çıxışlar edir.

Avqustun 18-nə olan rəqəmlərə əsasən, Twitterdə onun izləyicilərinin sayı 36 175 347 nəfər olub. Bu göstəriciyə əsasən o, sosial şəbəkədə 22-ci yerdədir.

Twitterdə ən çox izləyicisi olan isə amerikan müğənni Keti Perridir, izləyicilərinin sayı 102,4 mln-dur. İkinci yerdə Kanada əsilli müğənni castin Biber gəlir – 99,2 mln. İlk üçlüyü isə ABŞ-ın keçmiş prezidenti Barak Obama qapayır - 93,7 mln izləyicisi.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et