Trump bu dəfə Toyotanı hədəf aldı | Banco.az

Trump bu dəfə Toyotanı hədəf aldı

ABŞ prezidenti seçilən Donald Trump, Yapon avtomobil dünyasının nəhəngi olan Toyotanın Meksikada fabrik açma planını tənqid edərək, "Ya ABŞ-da fabrikini aç, ya da daha böyük sərhəd vergisi ödə"söyləyib.

Əvvəlcə böyük avtomobil istehsalçısı olan General Motorsu (GM) tənqid edən Trump, bu dəfə də Toyotanı hədəf aldı.

Ən sərfəli kredit üçün müraciət et

20 Yanvarda ABŞ Prezidentliyi vəzifəsini icra etməyə hazırlaşan Trump, şəxsi Twitter hesabından verdiyi açıqlamada, Toyotanın "Corolla" modelini istehsal edib, ABŞ-a satmaq üçün Meksikada yeni bir fabrik açma planını tənqid edərək, "Ya ABŞ-da fabrikini aç, ya da daha böyük sərhəd vergisi ödə " cümləsini söylədi.

Açıqlamadan sonra, Toyotanın Nyu-York birjasındakı hissələri 0,7% dəyər itirdi.

Ən sərfəli krediti almaq üçün müraciət et