Trump 10 ildə 3.6 trilyon dollar büdcə qənaəti planlaşdırır | Banco.az

Trump 10 ildə 3.6 trilyon dollar büdcə qənaəti planlaşdırır

ABŞ Prezidenti Donald Trump, növbəti 10 il ərzində büdcədə 3.6 trilyon dollar qənaət etməyi planlaşdırır. 

Dövlət xərclərinin payını azaltmağı hədəf seçən plandan, yoxsullar, yeni məzunlar və fermerlər mənfi təsir görəcəklər.


Trumpın Çərşənbə günü açıqlayacağı təklif, büdcənin on il ərzində tarazlaşdırılmasını nəzərdə tutur (gəlirlər və xərclər bərabərləşəcək). Bununla yanaşı Prezidentin büdcə təklifi, bir çox Respublikaçılar tərəfindən də dəstəklənən proqramların ləğv edilməsini ehtiva edir.

Ən sərfəli kredit üçün müraciət et


Ağ Evin büdcə direktoru Mick Mulvaney, məsələ ilə bağlı şərhində "Mərhəməti artıq proqramların sayı, ya da bu proqramlara daxil olan insanların sayı ilə ölçməyəcəyik; Artıq mərhəməti və uğuru bu proqramdan xilas etdiyimiz və öz ayaqları üzərində dayanan insanların sayı ilə ölçəcəyik" şəklində bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et