Tron-un təsisçisi Castin San mayın 31-də baş tutacaq Tron-un əsas şəbəkəsinin bazara çıxarılacağı tarix üçün geri sayım elan edib. Bütün hazırlıqların başa çatdığı deyilir.
Castin San son olaraq bu “tweet”-i yazıb:
“Tron Əsas Şəbəkəsi üçün geri sayım: 31 gün, 744 saat, 44640 dəqiqə və 2678400 saniyə!”
Tron bu yenilik sayəsində bazar dəyərini sürətlə artırdı. İnvestorlar TRX-nin əsas şəbəkə lansmanına ümid edərək investisiya qoydular. Hazırda TRX kriptovalyutalar arasında 9-cu pillədədir. Tron-un bazar dəyərində də nəzərə çarpan artım var.
İyun 21-də ERC20 tokenləri mübadiləsi də baş tutacaq. Bu uğurlu transferdən sonra Tron potensial olaraq Ethereum-un rəqibinə çevriləcək.
“Twitter” istifadəçisi Bred bunları yazıb:
“Görürəm ki, qiymət sabit qaldığı müddətdə şərhlərdə çox az mənfi münasibət sərgilənir”
Digər bir kriptovalyuta istifadəçisinin mövqeyi:
“Mən razıyam, insanlar bu artımlarla xoşbəxt olmalıdırlar. Tron həqiqətən möhkəmdir!”
TRX səhmdarı Kris Ceremi:
“Daha çox dəstək olarsa, TRX bir neçə dollara yüksələ bilər. TRX onsuz da yüksəlişdədir, bəs insanlar niyə acgözlük edib qiymətin 100 dəfə artmasını gözləyirlər?”
Castin San isə daha əvvəl bu açıqlamanı verib:
“Hazırda Bitcoin və Ethereum kimi ana şəbəkələrdəki token sahiblərindən heç kim heç bir haqqa sahib deyil. Ancaq Tron sahibləri Blockchain tarixində ilk dəfə olaraq söz haqqına sahib olacaqlar. Buna görə kimin səs verdiyini heç vaxt unutmayın”.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.