Anbarların dolması fonunda treyderlər neft və neft məhsulları saxlamaq üçün tankerlər, terminallar və boru kəmərləri tapmaqda çətinlik çəkir.
Son günlərdə onlarla dənizdə olan neft tankerləri ən azı 30 mln. barel benzin, aviasiya və dizel yanacağını saxlamaq üçün sifariş edilib. Bazarda olan məlumata görə, quruda olan tankerlər tam dolublar.
Qeyd edək ki, hazırda təxminən 130 mln. barel neft və neft məhsulları dənizdə olan tankerlərdə saxlanılır.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!