"Trendyol" məhsullarını alıcılara birbaşa çatdıracaq | Banco.az

"Trendyol" məhsullarını alıcılara birbaşa çatdıracaq

Türkiyənin məşhur elektron ticarət platforması - "Trendyol" məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdıracaq.

Bu barədə şirkətin prezidenti Çağlayan Çətin məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə məhsullarının əsas satış bazarları olan Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri və anbarlar yaradılacaq.

“Platformamızda hər bölgədən minlərlə satıcı var. Satdığımız malların 75 %-i Türkiyədə istehsal olunur. Məqsədimiz Türkiyədəki məhsullarını Avropa və Yaxın Şərq ölkələrində müştərilərin qapısına çatdırmaqdır. Biz bu məhsulların elektron ixracının texnoloji və logistika infrastrukturuna böyük sərmayə qoyacağıq, bununla da istehsalçıları 500 milyon müştəri ilə görüşdürəcəyik. Bunun üçün platformamıza alman və ərəb dilləri də əlavə olunacaq.

Gələcək 5 ildə həm ölkə daxilində, həm də xaricinə 5 milyard dollar investisiya qoymağı planlaşdırırıq. Bu əməliyyatlar üçün xaricdə şirkətlər alınmasını da nəzərdən keçiririk. Bəzi sərmayələri isə sıfırdan edəcəyik. İnvestorlarımız da bizə inanır və öz sərmayələri ilə bizi dəstəkləməyə hazırdırlar", - deyə Ç.Çağlayan qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin bildirib ki, ötən il "Trendyol" 265 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 150 milyon dollarlıq hissəsi birbaşa, 115 milyon dolları isə dolayısı ilə həyata keçirilib. Əsas ixrac istiqaməti Avropa ölkələri olub.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et