Trendyol haqqında nə bilirik? – ARAŞDIRMA | Banco.az

Trendyol haqqında nə bilirik? – ARAŞDIRMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illərin ən məşhur alış-veriş platformalarından sayılan Trendyol nəyinki Türkiyədə, dünyanın bir çox ölkəsində o cümlədən Azərbaycanda böyük alıcı kütləsinin diqqətindədir.

Banco.az bu barədə hazırlanmış araşdırmanı təqdim edir:

Trendyol necə quruldu?

2010-cu ildə fəaliyyətə başlayan  Trendyol Group  Demet Mutlu tərəfindən 300 min dollar sərmayə ilə Bebekdəki evinin qonaq otağında qurulub.

2018-ci ildə bazar payının 75%-i Alibaba tərəfindən alınan bu şirkət 2010-2011-ci illərdə Tiger Global və Kleiner Perkinsdən, 2014-cü ildə isə AYİB-dən investisiyalar alıb.

Çin şirkəti “Alibaba-Group” Trendyol-un 728 milyon dollara tərəfdaşı olub.  Alibaba Qrupu 2018 və 2020-ci illərdə Trendyol-un kapitalının artırılmasına daha 350 milyon dollar sərmayə qoyub və tərəfdaşlıq payını 86%-ə çatdırıb.  Şirkətin qalan 6,96 faizi Demet Mutlu, 5,55 faizi Evren Üçok, 0,78 faizi isə 39 faizinin Begüm Tekinə, 0,21 faizinin isə Zeki Güçlü Kayaya aid olduğu məlumdur.

Trendyol Group bir neçə platformadan ibarətdir. Şirkət ikinci əl malların alqı-satqısı platforması olan Dolap, nəqliyyat şəbəkəsi olan Trendyol Express, Trendyol Go və rəqəmsal transformasiyaya yönəlmiş Ar-Ge mərkəzi olan Trendyol Tech ilə birlikdə fəaliyyət göstərir. Trendyol Ekspress kuryer və xidmət sahəsində çalışanların sayı 4 min-dən çoxdur.

Böyüməsi ilə paralel olaraq təklif etdiyi xidmət və məhsulları genişləndirərək bazar modelinə keçən Trendyol moda, ev və mebel, elektronika, ana-uşaq, qida və kosmetika kimi bir çox kateqoriyada istehlakçılarına hər il 300 milyondan çox məhsul təqdim edir.

 İl ərzində 15 milyondan çox müştərisi olan və orta hesabla aylıq mobil ziyarəti 180 milyon olan bu platformanın mobil tətbiqi təqribən 45 milyon dəfə yüklənib.

Şirkətin tərkibində olan Trendyolmilla Trendyol Man 190 ölkəyə geyim məhsulları ixrac edir. Digər tərəfdən bu gün www.trendyol.com saytında 200 müxtəlif kateqoriyada 25 milyon məhsul olduğu halda, hər gün sayta 120 min yeni məhsul əlavə olunur.

Trendyolun dəyəri nə qədərdir?

2021-ci ildə Trendyol-un bazar dəyərinin 15 milyard dollar olacağı təxmin edilirdi.

Bu günə qədər şirkət  250 000-dən çox satıcının rəqəmsallaşmasına dəstək verib. Trendyol sayəsində bu şirkətlərin 91%-i yeni müştərilər qazanaraq daha sürətli böyüyüblər.

Trendyol-un məlumatına görə, 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər Trendyol-un sifariş artımı əvvəlki ilə nisbətən 47 faiz artıb. Beləliklə, ümumi məhsulun həcmi milli valyuta ilə ifadədə 110 faiz artıb. Bu artımın 2023-cü ildə daha da böyük olacağı müəyyən edilib.

2021-ci ilin avqustunda başa çatan investisiya raundunda 1,5 milyard dollarlıq investisiya alan Trendyol Berlində yerləşən Princeville Capital, ADQ (BƏƏ) və Qatar İnvestisiya Təşkilatı (QIA) da Amerikanın General Atlantic investisiya fondu və Yaponiyada yerləşən SoftBank Vision Fund 2-nin rəhbərlik etdiyi yeni investisiya raundunda iştirak etdi. Beləliklə, Trendyol-un dəyəri 16,5 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Trendyol 2023-2024 mövsümü üçün 700 milyon TL sponsorluq haqqı qarşılığında 12 iyul 2023-cü ildə Spor Totodan Super Liqa və TFF 1-ci Liqa sponsorluğunu götürüb. 50 mindən çox qadın sahibkar Trendyol ilə elektron ticarətə başlayıb.

Trendyol və xarici bazarlar

2022-ci ildə Berlində ilk xarici ofisini açan Trendyol şirkəti “100% Made in Turkey” olan məhsulları  müxtəlif coğrafiyalardakı müştərilərə təqdim etməyi hədəf seçib.

2023-cü ildə 1 milyard dollarlıq qlobal satış həcminə çatmağı hədəfləyən elektron ticarət platforması Avropanın 27 ölkəsinə satış xidmətini göstərir.

Elektron ixracın 66 faizi Avropa ölkələrinə olduğu halda,  23 faizini Yaxın Şərq, Şimali Afrika və Cənubi Afrika ölkələrinədir. Hazırda qlobal miqyasda yerli istehsalçıların istehsal etdiyi məhsullara platforma vasitəsilə daxil olan 4 milyon müştəri var. “SimilarWeb” ə görə, Trenyol Almaniyada ən sürətlə inkişaf edən ikinci platformadır.

Amsterdam və Lüksemburq ofisləri ilə yanaşı şirkətin Polşada da böyük anbarları var.İngiltərədə də ofis açmağı planlaşdıran şirkət Avropa, Yaxın Şərq və digər bazarları  da izləməyi planlaşdırır.

Trendyol Azərbaycan işbirliyi

Cari ilin may ayında PAŞA Holdinq ilə müqavilə imzalayan Trendyol  Azərbaycan altı ay bundan öncə Azərbaycan üçün aktivləşib. Çatdırılma qiyməti 59.99 TL olaraq müəyyən edilsə də, bir müddət öncə istifadəçilərin marağını cəlb etmək üçün 39.99TL həddinə salınmışdı.

 İstifadəçilər Trendyol saytından “Yeni ünvan əlavə et” düyməsini sıxaraq Azərbaycan ünvanları qeyd edə bilərlər. Həmçinin, Trendyol müştərilər üçün “Gəl al” nöqtəsi xidmətini də təklif edir. Bu xidmət ilə istifadəçilər onlara ən yaxın təhvil almaq məkanında sifarişlərini ala bilərlər.

Trendyol Qrupunun prezidenti Çağlayan Çətin bildirib ki, Trendyol-a verilən sifarişlərə nəzər saldıqda Azərbaycan birinci yerdədir. Bundan əlavə, mobil məlumatların təhlili platforması App Annie-nin məlumatına görə, 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram Trendyol olub. Paşa Holdinqin Azərbaycan bazarındakı təcrübələri və Trendyol-un texnologiya, logistika və istehsal səriştələrinin yaratdığı sinerji Azərbaycanın elektron ticarət ekosisteminin inkişafına mühüm töhfələr verir.

Çağlayan qeyd edib ki, onlar qurulan strateji tərəfdaşlığın qardaş ölkə Azərbaycana müsbət təsir edəcəyinə ürəkdən inanırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et