Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Trendyol şirkət”i Ukrayna bazarına daxil olmağa hazırlaşır.
Banco.az xəbər verir ki, Türkiyənin nəhəng elektron ticarət platforması Ukraynada rəqəmsal infrastrukturundan və artan beynəlxalq əməliyyatlar sahəsindən səmərəli istifadə etməyi hədəfləyir.
Bu barədə edilən açıqlamada bildirilib ki, “Trendyol” bu yaxınlarda Almaniya, Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa (CEE) bazarına daxil olub.
“Trendyol Qrupu”nun prezidenti Çağlayan Çətin texnologiya və müdafiə sənayesi şirkətlərindən biri olan Baykarın baş direktoru Haluk Bayraktar ilə birlikdə Kiyevdə Ukrayna hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşüb.
Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svridenko və Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinin iştirak etdiyi görüşdə “Baykar” və “Trendyol” şirkətlərinin beynəlxalq investisiya planları müzakirə olunub.
Şirkətdən verilən açıqlamaya görə, “Trendyol” bütün yeni bazarlarda olduğu kimi Ukraynada da rəqəmsal və logistika infrastrukturuna sərmayə qoymağı planlaşdırır.
Xatırladaq ki, “Trendyol”un səhmlərinin 86.5 faizi Çinin “Alibaba” elektron ticarət şirkətinə məxsusdur.
Bizi sosial şəbəkələrdən izləyin!!