Transmilli şirkətlər Afrikada hasilatı azaldır | Banco.az

Transmilli şirkətlər Afrikada hasilatı azaldır

Müəllif:Ayşən İmanova/Banco.az

Bir neçə böyük transmilli şirkət Afrika ölkələrindəki filial və ya bölmələrini bağlayıb. Böyük biznesə məyusluğu daha çox Nigeriya, Keniya və Cənubi Afrika Respublikası gətirib.

Banco.az xəbər verir ki, son onillikdə Afrika ölkələrində istehsal açan böyük transmilli şirkətlər tədricən qitəni tərk edirlər. Belə ki, “Nestle” Cənubi Afrikada istehsalını dayandırıb, Keniyadakı iştirakını isə  azaldıb. “Bayer” əczaçılıq konserni isə öz məhsullarını Keniya və Nigeriyadakı yerli şirkətlərə təhvil verib və bölməsini bağlayıb. Keniyada “Neumann” qəhvə şirkəti də fabrikini bağlayacağını bildirib. Hələ 2023-cü ildə “Sunlight” qabyuyan maye və “Lux” sabun istehsalçıları Nigeriyanı tərk ediblər.

Məlumata görə,buna səbəb valyutanın çökməsi, bürokratiya, limanların həddindən artıq yüklənməsi və qitə ölkələrində qeyri-sabit siyasi vəziyyətin olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın Cənubi Afrikadakı Ticarət Palatasının rəhbəri Kuseni Dlamini qeyd edib ki, mövcud dinamika Afrika hakimiyyət orqanları üçün “oyanış zəngi” olmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et