Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) da vergilərin tətbiq ediləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ölkəsinin Avropa İttifaqına (Aİ) əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlamasının ardından Avropanın ən böyük avtomobil istehsalçılarının səhmləri ucuzlaşmağa başlayıb.
ABŞ Prezidenti Trampın Kanada, Meksika və Çindən gələn mallara genişmiqyaslı gömrük rüsumları tətbiq etməsi Avropada avtomobil istehsalçılarının səhmləri üzərində təzyiq yaradıb.
“Europe Stoxx 600”də avtomobil və ehtiyat hissələri indeksi 4,1% dəyər itirərək son iki həftənin ən aşağı səviyyəsinə düşüb.
Avropalı istehsalçılar “Volkswagen”, “Volvo Cars”, “Daimler Truck”, “Porsche” və “BMW”nin səhmləri 5%-dən çox ucuzlaşdığı halda, Fransız avtomobil hissələri tədarükçüsü “Valeo”nun səhmləri təxminən 8% dəyər itirib.
Bununla yanaşı, Almaniyada “Dax 40” indeksinin də ticarət müharibəsi qorxuları səbəbindən son günlərdə yeni rekord axtarışına bu gün son verdiyi diqqət çəkib. İndeks səhər saatlarında təxminən 2% dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!