Müəllif:Mehin Qasımova.Banco.az
ABŞ prezidenti Donald Trampın aprel ayında elan etdiyi tariflər qlobal lüks istehlak sektorunda böyük dəyər itkisinə səbəb olub.
Banco.az xəbər verir ki,Çin və ABŞ istehlakçıları arasında xərclərin azalması, ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik sektorda satış gözləntilərini daha da zəiflətdi.
ABŞ Prezidenti Donald Trampın tarifləri "LVMH", "Hermes", "Prada" və "Estee Lauder" kimi dəbdəbəli nəhənglərin ümumi dəyərini təxminən 75 milyard funt-sterlinq (96 milyard dollar) itirməsinə səbəb olub.
Moda nəhəngi "Prada" dəyərinin dörddə birindən çoxunu itirib, "LVMH" səhmləri isə 17 faiz ucuzlaşıb.