Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsi birinci rübü zərərlə başa vurub.
Banco.az xəbər verir ki, “Trump Media and Technology Group” (TMTG) idarəedici şirkətinin hesabatına əsasən, birinci rübün nəticələrinə görə, “Truth Social” 327,6 milyon dollar zərər edib.
Bu il "Truth Social" səhmlərini ictimaiyyətə təqdim etmək üçün SPAC şirkəti "Digital World Acquisition" ilə müqavilə bağlamaq üçün 6,3 milyon dollar xərcləyib. Daha 311 milyon dollar veksellərin konvertasiyasına və IPO başa çatana qədər borc öhdəliklərinin ödənilməsinə sərf edilib.
Məlumata görə, ötən il şirkətin zərəri 58 milyon dollar təşkil edib ki, bu da sosial şəbəkənin gəlirləri ilə bağlı problemlərin bir neçə dəfə artdığını göstərir.
“TMTG” vəziyyətin kritikliyini etiraf etməkdən imtina edib.
Qeyd edək ki, hazırda şirkətin kapitallaşması 6,6 milyard dollar təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!