Trampın müşaviri: "Fed faiz endiriminə doğru hərəkət edir" | Banco.az

Trampın müşaviri: "Fed faiz endiriminə doğru hərəkət edir"

ABŞ Prezidenti Donald Trampın iqtisadi müşaviri Larry Kudlow (Lari Kudlou), Fed-in faiz endiriminə doğru hərəkət etdiyini düşündüyünü söyləyib.

Kudlow, "Newsmax" televiziyasına verdiyi açıqlamasında, "Bu mənim fikirimdir. Federal maliyyələşmə faizi (Fed-in faizi) bir az yuxarıdır. Fed-in faiz endirməyə doğru hərəkət etdiyini hesab edirəm" deyib.

Kudlow, Trampın Fed üzvlüyü üçün namizəd göstərməyi düşündüyü Stephen Moore-un (Stiv Mur) namizədlikdən çıxmaq planı olmadığını sözlərinə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Kudlow, "Steve namizəd olaraq qalmağa davam edir. FBI və buna bənzər proseslərdən keçir. Sonra Senatın Bank Komitəsinin qarşısına çıxacaq" deyib.

Kudlow, digər tərəfdən, ABŞ iqtisadiyyatının birinci rübdəki böyüməsinin  3%-ə çox yaxın olduğunu bildirib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et