Trampın müşaviri: "FED dekabrda uçot dərəcəsini artıracaq" | Banco.az

Trampın müşaviri: "FED dekabrda uçot dərəcəsini artıracaq"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) fəaliyyətini ciddi tənqid edib.

ABŞ-ın CNBC telekanalına müsahibəsində D. Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil.  Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür. "FED müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq", - deyə o izah edib.

O bildirib ki, FED dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: "FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var".

Ən sərfəli kredit üçün müraciət et

Müşavir qeyd edib ki, FED ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan  biridir.

D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: "Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar".

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et