Trampın immiqrasiya siyasəti dolları ucuzlaşdırır, qızılı bahalaşdırır | Banco.az

Trampın immiqrasiya siyasəti dolları ucuzlaşdırır, qızılı bahalaşdırır

ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı investorların təhlükəsiz aktivlərə qaçışı davam edir.

Nyu-Yorkun "Comex" birjasında qızılın 1 unsiyasının qiyməti 7,2 dollar artaraq 1203,2 dollara çatıb. Gümüşün 1 unsiyası isə 0,31% bahalaşaraq 17,21 dollar təşkil edib.

"Trampın son qərarları, xüsusilə immiqrasiya siyasəti qızıla qısamüddətli dəstək verməkdədir", - deyə "OM Financial" treyder şirkətinin ekspertləri qeyd edib.

Xatırladaq ki, ötən həftənin cümə günü D. Tramp "ABŞ-ın xarici terroristlərin ölkəyə girişindən qorunması" haqqında fərman imzalayıb. Fərmana əsasən, İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün ərazində qadağan olunur. Bununla yanaşı, ABŞ 120 gün ərzində qaçqınların qəbulunu dayandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu qərar investorları narahat edib. Onlar hesab edir ki, Trampın siyasətindəki gözlənilməz addımlar davam edə bilər. Bunun fonunda təhlükəsiz aktivlərə tələbat artıb. Beləliklə, investorlar qiymətli daşlara, xüsusilə qızıla yatırımları artırır.

Əlavə olaraq qızıla dolların ucuzlaşması dəyər qazandırır. Hazırda dolların indeksi 0,04% azalaraq 100,33 bənd səviyyəsində qərarlaşıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et