Trampın 15 min işçini ixtisar edəcəyi iddia edilir | Banco.az

Trampın 15 min işçini ixtisar edəcəyi iddia edilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İddia olunur ki, Tramp administrasiyası Gəlir Administrasiyasının təxminən 15 min əməkdaşını işdən çıxara bilər.

Banco.az xəbər verir ki, ABŞ-da Prezident Donald Tramp administrasiyasının bu həftə sınaq müddətində olan təxminən 15 min Amerika Gelir İdarəsi (IRS) əməkdaşını işdən çıxara biləcəyi iddia olunub.

Amerikanın “ABC News” kanalının adını açıqlamayan mənbəyə əsaslanan xəbərinə görə, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin (DOGE) bir əməkdaşı IRS-in baş ofisinə gedərək qurumun fəaliyyətini araşdırıb.

DOGE əməkdaşının səfərindən sonra sınaq müddətində olan təxminən 15 min IRS əməkdaşının bu həftədən etibarən işdən çıxarıla biləcəyi iddia edilib.

Trampın göstərişi və DOGE rəhbəri Maskın həyata keçirdiyi tədbirlər nəticəsində ötən həftə federal qurumlarda çalışan minlərlə insanın işinə son qoyulmuşdu.

Tramp administrasiyası DOGE vasitəsilə hökumət xərclərini azaltmaq məqsədilə minlərlə federal hökumət əməkdaşını işdən çıxarmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram