Trampdan bazarlar üçün gözlənilməz açıqlama - NEFT KƏSKİN UCUZLAŞDI | Banco.az

Trampdan bazarlar üçün gözlənilməz açıqlama - NEFT KƏSKİN UCUZLAŞDI

ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Meksika məhsullarına gömrük tarifi tətbiq edəcəyini açıqlayaraq ticarət müharibəsində yeni bir cəbhə açması və buna bağlı olaraq neftə tələbin pisləşəcəyi proqnozlarının güclənməsilə əlaqədar olaraq neft qiymətləri düşür. 

Tramp, Meksikanı ABŞ-a qeyri-qanuni immiqrant girişini dayandırması üçün bu ölkəyə 10 İyundan etibarən 5% əlavə gömrük vergisi tətbiq olunacağını və bu nisbətin 1 Oktyabrda 25%-ə qədər qalxa biləcəyini açıqlayıb. Açıqlamanın ardından Brent nefti 64 dollar, ABŞ xam nefti 55 dollar səviyyələrinə geriləyib. 

Eyni zamanda ABŞ-da benzin ehtiyatları artıb və xam neft ehtiyatları cüzi azalıb. Bu məlumatlar dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da neft tələbinin düşməkdə olduğuna dair narahatlıqları artırıb. Dünən və bu gün neft qiymətləri 5%-dən çox düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Trampın Meksika açıqlaması bazarlar üçün gözlənilməz bir addım olub və  ABŞ- Çın ticarət müharibəsinin pisləşməsi ilə onsuz da narahat olan investorları sarsıdıb. Ağ Evin Avropaya əlavə gömrük vergisi tətbiq edəcəyi ehtimalı da güclənib. Ticarət müharibəsinin şiddətlənməsi ilə neftə tələbin pisləşəcəyi gözlənilir. Orta Şərqdə artan gərginliyə baxmayaraq, neft, Noyabr ayından bu yana ən böyük aylıq ucuzlaşmanı qeyd edib. 

Analitiklər bildirirlər ki, Meksika məhsullarına gömrük tarifinin tətbiq edilməsi qlobal iqtisadi inkişaf üçün çox mənfi bir hadisədir, çünki ABŞ-ın Avropaya gömrük vergi tətbiq ediləcəyi ehtimalı artmış görünür. Bu "neft öküzləri" (neftin qiymətinin artacağını gözləyənlər) üçün də pis xəbərdir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et