Tramp - "Vergiləri endirmək təlimatı verə bilərəm" | Banco.az

Tramp - "Vergiləri endirmək təlimatı verə bilərəm"

ABŞ Prezidenti Donald Tramp, sərmayə qazanclarını inflyasiyaya indeksləyərək vergilərdə endirimə gedə biləcəyini açıqlayıb. 

Tramp, Ağ Evdə mətbuat nümayəndələrinə etdiyi açıqlamada, "İndeksləməni uzun zamandır danışırıq. Və bir çox adam indeksləmədən məmnun olacaqdır və bu sadə bir şəkildə edilə bilər. Birbaşa mənim tərəfimdən edilə bilər",- deyib

Trampın bu açıqlaması, ABŞ iqtisadiyyatının durğunluğa girə biləcəyinə dair xəbərdarlıq işarələri verməsinin ardından gəlib. Ancaq Bloomberg-in sorğusuna qatılan iqtisadçılar, iqtisadiyyatın qarşıdakı bir illik dövrdə durğunluğa girməsi ehtimalının yalnız 35% olduğunu düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq Vergi Vəqfinə görə, sərmayə qazanclarını indeksləşdirmək iqtisadiyyatı dəstəkləməkdə çox təsirli olmaya bilər. Vəqf, sərmayəçilər üçün vergi endirimlərinin iqtisadiyyatın böyüklüyünü uzun müddətdə 0.11 artıracağı proqnozunu verib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et