Tramp vergi bəyannamələrini açıqlamaqdan imtina etdi | Banco.az

Tramp vergi bəyannamələrini açıqlamaqdan imtina etdi

ABŞ Prezidenti Donald Tramp, seçki kampaniyası müddətində vergi bəyannamələrini ictimaiyyətə açıqlamaq sözü vermişdi, ancaq fikirini dəyişdirib.

Ağ Evin katibi Mick Mulvaney verdiyi açıqlamada, Demokrat partiyalı millət vəkillərinin ABŞ Prezidenti Donald Trumpun gəlir bəyannamələrini "əsla görməyəcəklərini" söyləyib.

Prezidentlik ənənəsini rədd edən Tramp, bu sənədlərin "yoxlanmaqda" olduğunu və "insanların onları anlaya bilməyəcəyi" qədər qarışıq olduğunu bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq, ötən Yanvar ayında Nümayəndələr Məclisində əksəriyyəti ələ keçərən Demokratlar, Kəşfiyyat Komitəsi tərəfindən söz mövzusu sənədlərin təslimini tələb edən bir istintaq açacaqları sözünü verib. Müxalifət, Trampın maliyyə detallarının Rusiyanın 2016-dakı prezident seçkilərindəki müdaxiləsinə işıq tuta biləcəyinə inanır. İqtidardakı Respublikaçılar isə Prezidentin imicinə təsir edə biləcək detalların ortaya çıxa biləcəyini iddia edərək sənədlərin açıqlanmasına qarşı çıxır.

Marja