Tramp: Venesuela ABŞ-a 30-50 milyon barel neft tədarük edəcək | Banco.az

Tramp: Venesuela ABŞ-a 30-50 milyon barel neft tədarük edəcək

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hökumətinin ABŞ-a 30-50 milyon barel neft tədarük edəcəyini bildirib.

Banco.az xəbər verir ki, Tramp bu barədə ABŞ-da yerləşən Truth Social şirkətinin sosial media hesabı vasitəsilə açıqlama verib.

ABŞ prezidenti Tramp bildirib ki, Venesuelada prezident Nikolas Maduronun həbsi ilə nəticələnən hərbi müdaxilədən sonra qurulan müvəqqəti hökumət ABŞ-a 30-50 milyon barel neft tədarük edəcək.

Tramp neftin bazar qiymətinə satılacağını və pulun Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi onun nəzarəti altında olacağını bildirərək, bu şəkildə pulun həm Venesuela xalqının, həm də Amerika xalqının xeyrinə istifadə ediləcəyini vurğulayıb.