Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp əlverişli qiymətə dərmanların əldə edilə biləcəyi "TrumpRx.gov" veb saytının artıq ictimaiyyət üçün açıq olduğunu açıqladı.
Banco.az xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransında öz adını daşıyan saytını açıqladı.
Tramp vəzifəyə başladıqdan sonra bütün əsas əczaçılıq şirkətləri ilə ciddi müzakirələr apardığını və bu müzakirələr nəticəsində bir çox vacib dərmanların qiymətlərində əhəmiyyətli endirimlərə nail olduqlarını və bununla da böyük seçki vədini yerinə yetirdiklərini bildirdi.
Tramp yeni xidmətin milyonlarla amerikalıların həyatına birbaşa təsir edəcək və onların büdcəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək bir addım olduğunu bildirərək dedi:
"Bu gecə bütün dövrlərin ən transformativ səhiyyə təşəbbüslərindən birini başlatırıq. Bu, nəhəng bir təşəbbüsdür".
Daha sonra Səhiyyə Departamentinin rəsmisi "TrumpRx.gov" saytından əlverişli dərmanların necə alınacağı barədə təqdimat keçirildi.
Tramp 2025-ci ilin dekabr ayında verdiyi açıqlamada ölkənin ən böyük 17 əczaçılıq şirkətindən 14-ü ilə dərman qiymətlərini aşağı salmaq üçün razılığa gəldiklərini açıqlayıb.
