Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Prezidenti Donald Tramp: “TikTok”u bir müddət də saxlamalıyıq.
Banco.az xəbər verir ki, sosial media tətbiqləri həm müsbət, həm də mənfi cəhətləri ilə dünyada ən populyar mövzular arasında olmağa davam edir.
ABŞ və Çin arasındakı gərginlik isə fərqli bir böhrana səbəb olur. Uzun müddətdir bu vəziyyətdən payını alan “TikTok” platforması qadağan olunmaq təhlükəsi ilə üz-üzədir. Belə ki, Bayden administrasiyası tərəfindən qəbul edilən qərara görə, “TikTok” 2025-ci 19 yanvar tarixinə qədər qurucu şirkəti olan çinli “ByteDance” ilə əlaqələrini kəsməsə bağlanacaq.
ABŞ-ın yeni prezidenti Donald Tramp isə bu qərara qismən qarşı çıxan açıqlamalar və rəftarlarla sosial media tətbiqinin bir müddət fəaliyyətdə qalmasının lazım olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Senatı aprel ayında “TikTok”un ana şirkəti olan “ByteDance”dən milli təhlükəsizlik narahatlığını əsas gətirərək tətbiqdən imtina etməsini tələb edən qanunu qəbul edib. “TikTok”un sahibləri qanunu ləğv etməyə çalışıblar və ABŞ Ali Məhkəməsi işə baxmağa razılaşıb.
Bununla belə, məhkəmə “ByteDance”ın xeyrinə qərar verməzsə və mülkiyyətdən məhrumetmə baş verməsə, proqram Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da ABŞ-da qadağan edilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!