Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezidentlik yarışında qalib gəldikdən sonra kampaniya donorlarından 200 milyon dollardan çox ianə toplayıb.
Banco.az xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, toplanan vəsait Trampın andiçmə mərasiminin təşkili və keçirilməsi, siyasi tədbirlərin maliyyələşdirilməsi və potensial olaraq prezident kitabxanasının yaradılması üçün istifadə olunacaq.
Qeyd olunub ki, Trampı dəstəkləyən donorlar arasında "Pfizer", "Amazon", "OpenAI", “Meta” kimi böyük korporasiyalar, həmçinin kriptovalyutalarla əlaqəli şirkətlər var.