Tramp öz kolleksiya sikkələrini buraxacaq | Banco.az

Tramp öz kolleksiya sikkələrini buraxacaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp öz portreti olan gümüş kolleksiya sikkələrini təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə o, “X” (keçmiş Twitter) hesabında məlumat yerləşdirib.

"Bu gün biz Amerikanın əzəmətinin əsl simvolu olan “TrumpCoins”in buraxılışını elan edirik. Bu sikkələr mənim tərəfimdən hazırlanmış və ABŞ-da zərb edilmişdir. Bu məhdud tirajlı kolleksiya sikkələri bizim azadlıq, firavanlıq və Amerikanı birinci yerə qoymaq öhdəliyimizi xatırladır. Bu, sadəcə bir kolleksiyadan daha çoxdur. Amerika vətəndaşlarının dözümlülüyünün və gücünün sübutudur", - Tramp qeyd edib.

Məlumata görə, xatirə sikkəsini sentyabrın 25-dən etibarən 100 dollara almaq mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

 Qeyd olunub ki, sikkələr yalnız kolleksiya üçün nəzərdə tutulub, investisiya üçün deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et