Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin keçmiş prezidenti, hazırda prezidentliyə namizəd olan Donald Tramp Cənubi Filadelfiyada seçkiqabağı kampaniyası zamanı “Tony and Nick's Steaks” restoranında 500 dollar bəxşiş qoyub və qəbzin arxasına “rədd olsun bəxşiş vergisi” sözlərini yazıb.
Banco.az xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.
Bildirilir ki, Trampın restorana səfəri “gözlənilməz” olub.
Daha əvvəl Las-Veqasda keçirilən mitinqdə Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Nevada ştatının əyləncə sənayesinin əsas gəlir mənbələrindən biri olan bəxşiş vergisini ləğv edəcəyinə söz vermişdi.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Əsas rəqiblər hazırkı dövlət başçısı, demokrat Co Bayden və eks-prezident, respublikaçı Donald Trampdır.
Bizi sosial şəbəkələrdən izləyin!!