Tramp: Neft qiymətləri gözlədiyimdən daha sürətlə düşür | Banco.az

Tramp: Neft qiymətləri gözlədiyimdən daha sürətlə düşür

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin gözlədiyindən daha sürətli düşdüyünü deyib.

Banco.az xəbər verir ki, O,bu  barədə  Ağ Evdə İrlandiyanın baş naziri Micheal Martin ilə görüşdə deyib.

 "Neftin bir barelinin 65 dollara düşməsinə çox şadam və bu,  gözlədiyimdən daha sürətlidir. Beləliklə, biz qiymətləri aşağı salırıq. Enerjinin qiymətləri aşağı düşəndə, digər malların qiymətləri aşağı düşəcək. Biz çox qısa müddət ərzində çox yaxşı iş görmüşük", - Amerika lideri bildirib.