Tramp: Mən Papa olmaq istərdim | Banco.az

Tramp: Mən Papa olmaq istərdim

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Banco.az xəbər verir ki, Tramp müxbirin növbəti Papanın kim olmasını istədiyi ilə bağlı sualına yumoristik tonla belə cavab verib: "Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı. Bilmirəm. Üstünlük hiss etmirəm. Amma deməliyəm ki, Nyu York adlı bir yerdən çox yaxşı kardinalımız var, görək nə olacaq".

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də vəfat edib. Bütün diqqətlər yeni Papanın kim olacağına yönəlib. Konklav yeni Roma Papasını seçmək üçün mayın 7-də çərşənbə günü toplanacaq. Konklavda 135 kardinalın iştirakı gözlənilir.