Tramp məhkəmələr üçün vəsait çatışmazlığı ilə üzləşib | Banco.az

Tramp məhkəmələr üçün vəsait çatışmazlığı ilə üzləşib

Müəllif:Ayşən İmanova/Banco.az

Yenidən ən yüksək dövlət kürsüsü uğrunda mübarizə aparan ABŞ-ın keçmiş prezidenti Donald Tramp mart ayında vəkillik xərclərinə 4,9 milyon dollar xərcləyib.

Banco.az xəbər verir ki, keçmiş Amerika liderinin vəkillərə ödəmək üçün istifadə etdiyi hesablarda 6,8 milyon dollar qalıb. Bu, Trampı yeni maliyyə mənbələri axtarmağa məcbur edə bilər. Hazırda Tramp donorların ianələrini qəbul edən “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsi sayəsində bütün hüquqi xərclərini ödəyir. 2023-cü ilin yanvar ayından etibarən komitə hüquqi ödənişlərə 62 milyon dollardan çox xərcləyib.

Qeyd edək ki, Respublikaçılar Milli Komitəsi artıq Trampın məhkəmə xərclərini ödəməkdən imtina edib. Keçmiş ABŞ lideri donorlarından daha çox pul toplamağa və ya öz sərvətindən istifadə etməyə cəhd edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et