Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-ın sabiq Prezidenti Donald Tramp məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb.
Banco.az xəbər verir ki, sözügedən təyyarə “Cessna Citation X”dir. Trampın 2016-cı il seçki kampaniyası zamanı ondan tez-tez istifadə etdiyi bildirilir.
Dəyəri 10 milyon dollar olan təyyarə İran əsilli tikinti maqnatı və Trampın əsas donoru Merdad Moayedi tərəfindən alınıb.
Qeyd edək ki, Tramp Kapitoliyə hücum, gizli sənədlərin saxlanması və maliyyə sənədlərinin saxtalaşdırılması da daxil olmaqla bir neçə hüquqi işdə iştirak edir.
Bizi sosial şəbəkələrdən izləyin!!