“Tramp Media” bu şirkətlə 6 milyard dollarlıq müqavilə bağlayıb | Banco.az

“Tramp Media” bu şirkətlə 6 milyard dollarlıq müqavilə bağlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tramp Media” şirkəti TAE ilə 6 milyard dollarlıq birləşmə müqaviləsi imzalayıb.

Banco.az xəbər verir ki, "Trump Media & Technology Group"un füzyon enerjisi (nüvə sintezi) sahəsində fəaliyyət göstərən "TAE Technologies" ilə birləşmə qərarı aldığı bildirilib.

Açıqlamada iki şirkət arasında tamamilə səhmlərdən ibarət olan və ümumi dəyəri 6 milyard ABŞ dollarını aşan birləşmə sazişinin imzalandığı qeyd olunub.

Razılaşma tamamlandıqdan sonra hər iki şirkətin səhmdarlarının birləşmə nəticəsində yaranacaq şirkətin səhmlərinin təxminən 50 faizinə sahib olacağı bildirilib.

Açıqlamada birləşmə ilə birlikdə “dünyanın ilk açıq səhmdar füzyon şirkətlərindən birinin” yaradılacağı vurğulanıb. Eyni zamanda, sözügedən şirkətin ilk ictimai miqyaslı füzyon enerji stansiyasının yerini müəyyənləşdirməyi və tikintisinə 2026-cı ildə başlamağı hədəflədiyi qeyd edilib.

Bəyanatda birləşmə prosesinin 2026-cı ilin ortalarında tamamlanmasının gözlənildiyi bildirilib, həmçinin füzyon enerjisinin ABŞ-nin süni intellekt sahəsində üstünlüyü və enerji təhlükəsizliyi baxımından kritik rol oynayacağına diqqət çəkilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram