Tramp Kanada ilə bütün ticarət danışıqlarını dayandırır | Banco.az

Tramp Kanada ilə bütün ticarət danışıqlarını dayandırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın adından “saxta” reklamda istifadə etməsinə sərt reaksiya verib.

Banco.az xəbər verir ki, Tramp sosial media hesabında məsələ ilə bağlı paylaşım edərək, Kanadanın “Ronald Reyqan Fondu”nun adını fırıldaqla istifadə etdiyini bildirib.

“Ronald Reyqan Fondu Kanadanın fırıldaq yolu ilə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığı saxta reklamdan istifadə etdiyini açıqlayıb. Bu, ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir göstərmək məqsədi daşıyır”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti bildirib ki, tariflər ölkənin milli təhlükəsizliyi və iqtisadi sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.

“Bu qorxunc davranışlara görə Kanada ilə bütün ticarət danışıqları dayandırıldı”, – Tramp vurğulayıb.