Müəllif: Tamara Mustafayeva, Banco.az
Yenidən ABŞ prezidenti seçilən Donald Tramp “JPMorgan”ın baş direktoru Ceymi Daymonun yeni hökumətdə işləməyəcəyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp “JPMorgan”ın CEO-sunun hökumətdə vəzifə tutacağı ilə bağlı iddialara son qoyub.
Tramp bu barədə sosial media hesabında açıqlama verib. O bildirib ki, Daymon yeni administrasiyaya dəvət edilməyəcək.
"Ceymi Daymona böyük hörmətim var, lakin o, Tramp administrasiyasının bir hissəsi olmaq üçün dəvət edilməyəcək. Ceymiyə ölkəmizə göstərdiyi fövqəladə xidmətə görə təşəkkür edirəm", - açıqlamada deyilir.
Daymon Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının baş direktorlar sammitində Trampa cavab verib.
“İlk növbədə prezidentə təşəkkür etmək istəyirəm, bu, çox gözəl qeyddir. Ancaq, demək istəyirəm ki, 25 ildir müdirim olmayıb və belə işləməyə hazır deyiləm", - Daymon bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!