Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp “JPMorgan” şirkətini məhkəməyə verib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 6 yanvar etirazlarından sonra ona bank xidmətlərini dayandıran “JPMorgan Chase” bankına qarşı iki həftə ərzində məhkəmə iddiası qaldıracağını açıqlayıb.
Tramp sosial media hesabında etdiyi paylaşımda “The Wall Street Journal” qəzetinin “JPMorgan Chase” şirkətinin baş icraçı direktoru (CEO) Ceymi Dimona ABŞ Mərkəzi Bankının (Fed) sədrliyi vəzifəsinin təklif edildiyi barədə yaydığı xəbəri təkzib edib.
Tramp bildirib:
“Bu iddia tamamilə həqiqətə uyğun deyil, belə bir təklif heç vaxt olmayıb. Əksinə, 6 yanvar etirazlarından sonra mənə qarşı yanlış və uyğun olmayan şəkildə bank xidmətlərini dayandıran “JPMorgan Chase” bankına qarşı qarşıdakı 2 həftə ərzində məhkəmə iddiası qaldıracağam.”
Bizi sosial şəbəkələrdən izləyin!!
