Müəllif:Mehin Qasımova,Banco.az
Donald Tramp İspaniyanın ABŞ ordusunun İrana qarşı əməliyyatlar üçün öz hərbi bazalarından istifadə etməsinə icazə verməməsindən sonra bu ölkə ilə bütün ticarət əlaqələrinin kəsilə biləcəyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərə açıqlamasında deyib.
Tramp İspaniyanın mövqeyini sərt tənqid edərək bu ölkə ilə bütün əməliyyatların dayandırılması barədə göstəriş verdiyini deyib.
Onun sözlərinə görə, ABŞ İspaniya ilə ticarət əlaqələrini tam şəkildə dayandıra və bu ölkə ilə münasibətləri minimuma endirə bilər.
Bu açıqlama Vaşinqtonla Madrid arasında İranla bağlı hərbi əməliyyatlar fonunda yaranan fikir ayrılığının daha da dərinləşdiyini göstərir.
