Tramp hökuməti "Nvidia"nın Çinə çip satışını sərtləşdirməyi düşünür | Banco.az

Tramp hökuməti "Nvidia"nın Çinə çip satışını sərtləşdirməyi düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp administrasiyasının “Nvidia”nın Çinə çip satışına əlavə məhdudiyyətlər qoymağı nəzərdən keçirdiyi bildirilir.

Banco.az xəbər verir ki, mövzuya yaxın mənbələrə istinad edən xəbərlərdə sözügedən məhdudiyyətlərlə bağlı işlərin hələ erkən mərhələdə olduğu qeyd edilib.

"Trump" administrasiyasının "Nvidia" çiplərinin Çinə satışını sərtləşdirməyi nəzərdən keçirdiyi bildirilərkən, məhdudiyyətlərin şirkətin H20 çiplərini əhatə edəcək şəkildə genişləndirilməsinə yönəldiyi vurğulanıb.

Çinə çip satışlarına əlavə məhdudiyyətlərin nəzərdən keçirildiyinə dair xəbərlərin çinli "DeepSeek" şirkətinin süni intellekt modelinin sürətli yüksəlişindən sonra yayılması diqqət çəkib.

Sözügedən modelin yaratdığı satış təzyiqi ilə 27 yanvarda böyük itkilər yaşayan "Nvidia" dünən bu itkilərin bir qismini kompensasiya etsə də, şirkətin səhmləri bu gün də geriləməyə davam edib.

Əlavə ixrac məhdudiyyətlərinə dair xəbərlərdən sonra "Nvidia"nın səhmlərində günlük itki təxminən 7 faizə yaxınlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram