ABŞ Prezidenti Donald Tramp Fransanı qlobal münaqişələrin həllini hədəfləyən “Sülh Şurası” təşəbbüsünə qoşulmağa məcbur etmək məqsədilə Fransa şərabı və şampanına 200 faizlik tarif tətbiq etməklə hədələyib.
Banco.az xəbər verir ki, bu açıqlama Paris və Vaşinqton arasında gərginliyi daha da dərinləşdirib.
Trampın bəyanatına Yelisey Sarayından sərt reaksiya gəlib. Rəsmi Paris bu addımı “şantaj” kimi qiymətləndirib, Fransa və Avropa İttifaqı isə mümkün cavab tədbirləri ilə bağlı mesajlar veriblər.
ABŞ Prezidenti açıqlamasında bildirib:
“Mən 200% vergi tətbiq edəcəyəm, sonra onlar iştirak edəcəklər.”
