Tramp - "Fed dolları gücləndirdi, emal sektorunu zəiflətdi" | Banco.az

Tramp - "Fed dolları gücləndirdi, emal sektorunu zəiflətdi"

ABŞ Prezidenti Donald Tramp, Fed-i və sədri Powell-ı dolları gücləndirməkdə və emal sektoruna zərər verməkdə günahlandırıb

ABŞ Prezidenti Donald Tramp, mərkəzi bank Fed-i və sədri Jerome Powell-ı iqtisadiyyatdakı pis gediş məsələsində bir daha günahlandırıb. 

Tramp, emal sektorunun sağlamlığını göstərən əsas göstəricilərdən birinin son böhrandan bu yana ən aşağı səviyyəsinə düşməsinin ardından verdiyi açıqlamada, Fed sədri Jerome Pauell və iş yoldaşlarını emal sektoru şirkətlərinə zərər verməklə ittiham edib.

Tramp Çərşənbə axşamı "tweet"ində, "Təxmin etdiyim kimi,  Pauell və Fed dolların, xüsusilə bütün digər pul vahidləri qarşısında bu qədər güclənməsinə icazə verdi və istehsalçılarımız bundan mənfi təsirlənir" - deyib.

Tramp bu tənqidi, İSM emal sektoru indeksinin 2009-cu ilin İyun ayından bu yana ən aşağı səviyyəsinə düşməsinin ardından edib. Xarici tələbin göstəricisi olan İSM ixrac sifarişləri indeksi isə 2009-cu ilin Mart ayından bəri ən aşağı səviyyə olan 41-ə düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da emal sektoru, səngiyən qlobal iqtisadi artım, ABŞ və mühüm ticarət tərəfdaşları arasında artan münaqişələr və ixracı daha bahalı hala gətirən dollarda güclənməyə görə çətin bir dövr keçirir. İqtisadçılar ticarət müharibəsinin ən böyük amil olduğunu dilə gətirirlər.

İqtisadçılar bildirirlər ki, davam edən ticarət gərginliyi istehsal sektorundakı zəifliyin açıq səbəbidir. 

Emal sektorunun yüksək səviyyəli rəhbərləri, ticarət müharibəsinin ixraclarını böhran səviyyələrinə salacağından və onları zavodları bağlamağa məcbur edəcəyindən qorxurlar. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et