Tramp Çinin Baş nazirinin köməkçisi ilə görüşəcək | Banco.az

Tramp Çinin Baş nazirinin köməkçisi ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp, Çinin yüksək səviyyəli ticarət müzakirəçisi ilə Cümə günü Vaşinqtonda görüşəcək.
 

Ağ Evin gündəlik proqramına görə, Çin Baş nazirinin köməkçisi Liu He ilə saat 14:30-da keçiriləcək görüş Vaşinqtondakı görüşlərin son turu ola bilər.
 

Tramp ilə Liu-nun görüşməsi danışıqlarda kifayət qədər irəliləyiş əldə olunduğuna işarədir.
 

Ən sərfəli kredit üçün müraciət et

Yanvarın sonunda da Tramp ilə görüşmək üçün Vaşinqtonda omuş Liu, o vaxtdan bu yana Çin Prezidenti Xi Jinpingin xüsusi nümayəndəsi və "müqavilə bağılamaq məsələsində daha səlahiyyətli" sayılır.
 

Tərəflərin müqavilənin son halının əsasını təşkil edəcək anlaşma sazişi üzərində çalışdıqlarına dair mətbuatda  xəbərlər yer alıb. 

marja