Tramp Çinə məxsus 8 mobil ödəniş tətbiqini qadağan etdi | Banco.az

Tramp Çinə məxsus 8 mobil ödəniş tətbiqini qadağan etdi

Tamara Mustafayeva, Banco.az

Tramp Çinə məxsus 8 mobil ödəniş tətbiqindən istifadəni qadağan edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp mobil cihazlar vasitəsilə ödəniş imkanı yaradan Çinə məxsus 8 tətbiq ilə ödəniş etməyi qadağan edən prezident fərmanı imzalayıb.

Ağ Evdən edilən açıqlamaya görə, Tramp bu gün imzaladığı sözügedən fərmanda Ticarət Nazirliyindən ABŞ-da "Ant Group"a məxsus "Alipay"in də daxil olduğu 8 mobil ödəniş tətbiqi vasitəsilə ödəniş etməyin qadağan edilməsini tələb edib.

"Alipay"lə yanaşı "CamScanner", "QQ Wallet", "SHAREit", "Tencent QQ", "VMate", "WeChat Pay" və "WPS Office" tətbiqlərinə dair müvafiq fərmanın icra edilməsi üçün Ticarət Nazirliyinin 45 gün vaxtı var. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram