Tramp: "Çinə gömrük tarifləri artırmaq üçün 1 Mart tarixini uzada bilərik" | Banco.az

Tramp: "Çinə gömrük tarifləri artırmaq üçün 1 Mart tarixini uzada bilərik"

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada, "İki tərəfin razılaşmaya yaxın olması vəziyyətində Çin məhsullarına tətbiq edilən tarifləri artırmaq üçün müəyyən edilmiş 1 Mart tarixini uzada bilərik" deyib.

Trampın bu açıqlaması, onun, Çinlə müqavilə bağlamaq üçün daha çox zaman tanımağa istəkli olduğu şəklində şərh olunur.

İki ölkədən rəsmilər, ABŞ-ın vermiş olduğu 1 Mart tarixindən əvvəl danışıqlara başlayıblar.

1 Marta qədər bir müqavilə bağlanmasa, Prezident Donald Tramp 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən idxal vergisini iki dəfə artıracağını bildirmişdi.

marja