Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp 2025-ci il iyunun 1-dən etibarən Avropa İttifaqına (Aİ) 50 faizlik birbaşa vergi tətbiq etmək qərarını təxirə saldığını açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp Truth sosial media hesabında AB Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı ilə bağlı yazı paylaşıb.
Von der Leyenin iyunun 1-nə təyin olunan 50 faizlik vergi üçün əlavə vaxt tələb etdiyini qeyd edən Tramp, bu tələblə son müddəti 9 iyul 2025-ci ilə təxirə saldığını qeyd edib.
Tramp von der Leyenə məsələyə maraq göstərdiyinə görə təşəkkür edərək, Aİ ilə ABŞ arasında ticarət danışıqlarının tezliklə başlayacağını bildirib.
Von der Leyen isə sosial media hesabındakı paylaşımında Trampla yaxşı görüş keçirdiyini ifadə edərək, "AB və ABŞ dünyanın ən mühüm və yaxın ticarət əlaqələrini paylaşır" ifadəsini işlətdi.