Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Ştatlar daha bir neçə böyük ticarət sazişi hazırlayıb.
Banco.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib.
"Bizim tezliklə elan ediləcək daha bir neçə böyük ticarət müqaviləsi var. Biz bunu demək olar ki, bu gün edə bilərdik. Bəlkə də sonra",- deyə Ağ lideri deyib.
Prezident ABŞ-ın bu müqavilələri hansı ölkələrlə imzalamağa ümid etdiyini açıqlamayıb.
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Həmin gün ABŞ prezidenti bəzi cavab rüsumlarının 90 günlük dayandırıldığını elan edib ki, bu da Ağ Evin izah etdiyi kimi, ticarət məsləhətləşmələri ilə bağlıdır. Bu müddət ərzində 10% universal tarif qüvvədədir. İyunun 27-də Tramp aydınlaşdırıb ki, Birləşmiş Ştatlar təqribən həftə yarım ərzində ayrı-ayrı sazişlər imzalamayacağı bir sıra ölkələri ikitərəfli ticarətin gələcək şərtləri, yəni Amerika bazarına tədarük edilən mallara görə rüsum dərəcələri barədə xəbərdar edəcək. ABŞ administrasiyası son bir neçə gündə bu bildirişləri göndərməyə başlayıb. Trampın ticarət danışıqları üçün nəzərdə tutulan müddətlərin başa çatması və yeni idxal rüsumlarının tətbiqi ilə bağlı qərarlarının avqustun 1-dən qüvvəyə minəcəyi gözlənilir. Prezident bəzi hallarda bu danışıqların müddətini uzadacağını etiraf edib.