Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin ikinci “böyük depressiyaya” doğru yol aldığını bildirib.
Banco.az xəbər verir ki, Nyu-Hempşir ştatında mitinq zamanı D.Tramp ABŞ-ın 1920-ci illərdə olduğu kimi ikinci “böyük depressiyaya” doğru hərəkət etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyət hazırkı dövlət başçısı Co Baydenin siyasəti ilə bağlıdır. Sabiq prezident ABŞ-ın inflyasiya, dolların çökməsi kimi iqtisadi problemlərlə üzləşdiyini xatırladıb. O, “Bayden administrasiyasının qərarları fonunda ölkə tənəzzülə uğrayır” - deyə fikirlərini yekunlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!