Müəllif: Tamara Mustafayeva, Banco.az
Yapon avtomobil istehsalçısı “Toyota”nın qlobal istehsal həcmi rekord səviyyədən geriləyib.
Banco.az xəbər verir ki, dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”nın qlobal istehsalı rekord səviyyədən aşağı düşüb. Şirkət Kovid və yarımkeçirici çatışmazlığına görə qeyri-müəyyənlik halı ilə bağlı xəbərdarlıq edib.
“Toyota Motor Corp.” oktyabr ayında 771 min 382 avtomobil istehsal edib ki, bu da sentyabr ayının 887 min 773 avtomobillik rekordundan aşağıdır.
Şirkətdən bugün edilən açıqlamaya görə, istehsal həcmi koronavirusun Cənub-Şərqi Asiyada yayılması ilə təchizat zəncirinin pozulduğu 2021-ci ilin oktyabr ayına nəzərən isə 23 faiz artım göstərib.
Qeyd edək ki, “Toyota” hazırda virusun və məhdudiyyətlərin təsiri altında olan Çindəki istehsal proseslərini tənzimləməyə çalışır.
Bizi sosial şəbəkələrdən izləyin!!