“Toyota” və “BMW” güclərini birləşdirir | Banco.az

“Toyota” və “BMW” güclərini birləşdirir

Müəllif:Ayşən İmanova/Banco.az

İki qlobal avtomobil nəhəngi “Toyota" və “BMW” yanacaq elementli avtomobillərin inkişafında tərəfdaşlıqlarını gücləndirməyə hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

İlkin məlumatlara görə, “Toyota” və “BMW” gələn həftənin əvvəlində anlaşma memorandumu imzalamağı planlaşdırır, rəsmi açıqlama isə sentyabrın 5-də gözlənilir.

Bildirir ki, bu əməkdaşlıq “Toyota” və “BMW”nin avtomobil sənayesinin gələcəyi üçün perspektivli istiqamət kimi gördükləri hidrogen texnologiyasının inkişafında mühüm addım ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Mirai” modeli ilə hidrogen avtomobillərində lider olan “Toyota”, on ildən artıqdır ki, bu texnologiyanın inkişafı üzərində işləyir. Şirkət təkcə hidrogen avtomobillərinə yanacaq doldurmaq üçün infrastruktur yaratmayıb, həm də öz avtomobillərində hidrogen yanacaq elementi texnologiyasını uğurla tətbiq edib.

“BMW” şirkəti də öz növbəsində bu texnologiyanın inkişafında fəal iştirak edir. Alman avtomobil istehsalçısı öz hidrogen avtomobili konseptini hazırlayır və hesab edir ki, “Toyota” ilə əməkdaşlıq texnologiyanın tətbiqini sürətləndirmək üçün həlledici addım olacaq.