Tamara Mustafayeva, Banco.az
"Toyota" şirkətinin hidrogen yanacağı ilə işləyən "Mirai" avtomobili yeniliyə imza atıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Mirai" bir yanacaq çəni ilə ən uzun məsafə qət edən hidrogen yanacaqlı avtomobil ünvanı əldə etməklə "Ginnes" Dünya Rekorduna nail olub.
Cənubi Kaliforniyada baş tutan turda cəmi beş dəqiqə ərzində yanacaq çəni tamamilə doldurulan "Mirai" 1360 km yol qət etməklə bu rekordu əldə edib. Məhsuldarlıq yönümlü reallaşdırılan turda sözügedən avtomobil havaya təkcə su buxarı buraxmaqla yüksək məhsuldarlığa nail olub.
Peşəkar sürücülər Wayne Gerdes və Bob Winger tərəfindən həyata keçirilən 2 günlük səfər yanacaq hüceyrəsi istehsal qrupuna ev sahibliyi edən Toyota Texniki Mərkəzində başlayıb. Səfərin ilk günü 760 km, ikinci günü isə 600 kim yol qət edilib.
Qeyd edək ki, "Mirai" səfəri sıfır emissiya ilə başa vuraraq bu rekorda imza atıb.
Bizi sosial şəbəkələrdən izləyin!!