“Toyota” qlobal satış həcmini 5 faizdən çox artırıb | Banco.az

“Toyota” qlobal satış həcmini 5 faizdən çox artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” şirkəti ilk 6 ay ərzində qlobal satış həcmini 5,1 faiz artırmağa nail olub.

Banco.az xəbər verir ki, dərc olunan rəsmi nəticələrə görə, yapon avtomobil istehsalçısı “Toyota” 2023-cü ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz daha çox avtomobil satışı həyata keçirib və 4 milyon 937 min avtomobil satıb.

Qeyd edilib ki, şirkətin Yaponiyadakı satış həcmi 33 faiz artaraq 878 min ədəd olub. Amerikada 1,2 milyondan çox avtomobil satışı həyata keçirən “Toyota” Asiyada da təxminən 1,5 milyon avtomobil tədarük edib. 

Avropada da satışlarını artıran yapon istehsalçı bu dövrdə 570 mindən çox avtomobil satışı həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

“Toyota”nın hibrid, plug-in hibrid, yanacaq hüceyrəli və tamamilə elektriklə işləyən avtomobillərdən ibarət ekoloji cəhətdən təmiz məhsul çeşidinin satışı isə 23 faiz artaraq 1 milyon 710 mini ədədi keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram