"Toyota" qlobal istehsal proqnozunu yenidən aşağı saldı | Banco.az

"Toyota" qlobal istehsal proqnozunu yenidən aşağı saldı

Tamara Mustafayeva, Banco.az

"Toyota" qlobal istehsal proqnozunu yenidən azaldıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, yapon avtomobil istehsalçısı "Toyota" şirkəti sentyabr və oktyabr ayları üzrə qlobal istehsal proqnozunu ötən ay açıqladığı plana görə, yenidən aşağı salıb.

Şirkət Cənubi Asiyada koronavirusa yoluxma sayının artması səbəbindən bəzi avtomobil hissələrinin tədarükündə çətinliklə üzləşdiklərini və buna görə də planlarını dəyişdirməli olduqlarını açıqlayıb. Bu problemin sentyabr ayında 70 min, oktaybr ayında isə 330 min avtomobilin istehsalına təsir göstərəcəyi bildirilib.

Bununla da, 31 mart 2022 tarixində başa çatacaq maliyyə ili üzrə illik istehsal proqnozu 9,3 milyondan 9 milyona qədər azaldılıb.

Xatırladaq ki, avtomobil nəhəngi daha əvvəl sentyabr ayı ərzində proqnozlardan 40% az istehsal həyata keçirəcəyini açıqlamışdı. Belə ki, əvvəlcədən bu ay 900 min avtomobil istehsal edilməsi nəzərdə tutulmuşdusa da, daha sonra bu göstərici 500 minə qədər azaldılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et